...

Cənubi Koreyada qasırğaya görə 270-dən çox aviareys təxirə salınıb

Dünya xəbərləri Materials 6 Oktyabr 2018 06:37 (UTC +04:00)
Cənubi Koreyada şənbə gününə planlaşdırılmış 270-dən çox aviareys təxirə salınıb.
Cənubi Koreyada qasırğaya görə 270-dən çox aviareys təxirə salınıb

Bakı. Trend:

Cənubi Koreyada şənbə gününə planlaşdırılmış 270-dən çox aviareys təxirə salınıb.

Trend-in ölkənin KİV-lərinə istinadən verdiyi məlumata əsasən, buna səbəb "Konq-rey" qasırğası olub. Qeyd olunur ki, ümumilikdə 276 aviareys təxirə salınıb, onlardan 123-ü Çedju beynəlxal hava limanından planlaşdırılan üçuşlardır.

Tayfunla əlaqədar Yaponiya və Çinə olan reyslər təxirə salınır. Gözlənilir ki, Çedju gün ərzində fəaliyyətini bərpa edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti