...

NATO Ukraynada "Təmiz səma" təlimlərinə başladı

Dünya xəbərləri Materials 8 Oktyabr 2018 17:30 (UTC +04:00)
NATO Ukraynada "Təmiz səma" təlimlərinə başladı.
NATO Ukraynada "Təmiz səma" təlimlərinə başladı

Bakı. Trend:

Ukraynada NATO ölkələrinin iştirakı ilə "Təmiz səma - 2018" adlı çoxmillətli aviasiya təlimlərinə start verilib.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi xəbər yayıb.

Ukraynadan başqa, təlimlərə Belçika, Böyük Britaniya, Danimarka, Estoniya, Niderland, Polşa, Rumıniya və ABŞ qatılıb.

Xmelnitski və Vinnitsa vilayətlərində keçirilən təlimlər oktyabrın 19-dək davam edəcək.

Bundan əvvəl Birləşmiş Ştatların Ukraynadakı səfirliyindən bildirmişdilər ki, ABŞ Hərbi Hava Qüvvələrinin F-15 qırıcıları və S-130 nəqliyyat təyyarələri "Təmiz səma"da iştirak etmək üçün Ukraynaya gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti