Bakı. Trend:
UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Ermənistan Cəbəllütariq yığmasına məğlub olandan sonra azarkeşlər və polis arasında qarşıdurma baş verib. Bu barədə Trend erməni KİV-lərə istinadən xəbər verir.
Qeyd edək ki, FIFA reytinqində 198-ci yerdə olan Cəbəllütariq komandası Ermənistana 1:0 hesabı ilə qalib gəlib.