...

Tehranda 2 milyon nəfərin xəsarət alması qaçılmazdır, əgər...

Dünya xəbərləri Materials 18 Oktyabr 2018 11:40 (UTC +04:00)
Tehranda zəlzələ baş verdiyi halda 2 milyon nəfər xəsarət alacaq
Tehranda 2 milyon nəfərin xəsarət alması qaçılmazdır, əgər...

Bakı. Elnur Bağışov - Trend:

Tehranda zəlzələ baş verdiyi halda 2 milyon nəfərin xəsarət alması qaçılmazdır. Tehranda zəlzələyə sadəcə 20% hazırlıq var.

Trend-in məlumatına görə, bunu İranın Böhranın İdarə Olunması Təşkilatının sədri İsmayıl Nəccar deyib.

Onun sözlərinə görə, 10 milyon əhalisi olan Tehranın 8 milyon nəfəri zəlzələ baş verdiyi zaman dolayısı ilə təsir altına düşəcək. Bu qədər əhalini müvəqqəti yerləşdirmək üçün Tehran qədər ərazisi olan 3-4 yerə ehtiyac var. Çünki hazırkı vəziyyətdə Tehranın sadəcə 1-3 milyon sakinini müvəqqəti şəkildə yerləşdirmək mümkündür.

Təşkilat sədri Tehranın su təminatı ilə bağlı alternativ su anbarlarının yaradılmasının vacibliyini də qeyd edib: "Hər halda zəlzələ baş verdikdə paytaxtın su sistemi bir müddət fəaliyyətini dayandıracaq. Su anbarları isə yalnız bir müddətlik sakinlərin su ehtiyacını təmin edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti