Bakı. Trend:
Meksikanın Sinaloa və Nayarit ştatlarında "Uilla" qasırğası səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.
Trend-in məlumatına görə, bu barədə qərarı Meksika Milli Mülki Müdafiə Xidməti qəbul edib.
Xidmətin məlumatına əsasən, fövqəladə vəziyyət rejimi Sinaloanın 7 bələdəiyyəsində, Nayarita ştatının isə 12 bələdiyyəsində tətbiq edilir. Fövqəladə vəziyyət rejimi elan olunduqdan sonra bələdiyyələr fövqəladə hallarda yardım fondunun vəsaitlərinə çıxış əldə etmək imkanına malik olurlar.
Xatırladaq ki, daha əvvəl sakit okeanda formalaşan və Meksika sahillərinə yaxınlaşan "Uilla" qasırğası 5-ci təhlükə dərəcəsindən 4-cüyə qədər düşüb.