Bakı. Trend:
Ukraynanın paytaxtı Kiyevdə gecə saatlarında spirtli içkilərin satışı qadağan edilib.
Trend-in məlumatına görə, bu gündən qüvvəyə minən qərara əsasən, mağazalarda yerli vaxtla gecə 23:00-dan səhər 10:00-dək spirtli içkilər satılmayacaq.
Qeyd olunur ki, bu qərar kafe, restoran və barlara şamil olunmur.
Statistik məlumatlara əsasən, Ukraynada hər il 40 minədək insan alkoqolizmdən ölür.