...

BMT-nin baş katibi Geyr Pedersenin Suriya üzrə xüsusi elçi vəzifəsinə namizədliyini təsdiq edib

Dünya xəbərləri Materials 31 Oktyabr 2018 06:15 (UTC +04:00)
Norveçli diplomat Geyr Pedersen BMT-nin baş katibinin Suriya üzrə növbəti xüsusi elçisi olacaq
BMT-nin baş katibi Geyr Pedersenin Suriya üzrə xüsusi elçi vəzifəsinə namizədliyini təsdiq edib

Bakı. Trend:

Norveçli diplomat Geyr Pedersen BMT-nin baş katibinin Suriya üzrə növbəti xüsusi elçisi olacaq.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda deyilir.

Məktubda bildirilir: "Bu qərarı qəbul edərkən, mən hamı ilə, o cümlədən Suriya Ərəb Respublikasının hökuməti ilə məsləhətləşmələr aparmışam".

Xatırladaq ki, daha əvvəl BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura noyabr ayının sonunda öz postunu tərk edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti