Bakı. Elnur Bağışov - Trend:
İranın Yol və Şəhərsalma Nazirliyinin Mənzil İqtisadiyyatı Bürosunun yayımladığı son statistikaya əsasən, ötən ay (22 sentyabr – 22 oktyabr) mənzilin bir kvadrat metri 80 milyon 630 min rial (təxminən 1919 dollar) olub.
Trend-in xəbərinə görə, məlumatı Gənc Reportyorlar Klubu yayıb.
Məlumata görə, Tehranda ötən ayda mənzilin qiyməti 83% bahalaşıb.
Paytaxtın mənzil bazarında ən ucuz rayon 20-ci rayondadır. Mənzilin bir kvadrat metrinin qiyməti 30 milyon 952 min rial (təxminən 736 dollar) olub. Növbəti yeri isə bir kvadrat metrinin qiyməti 40 milyon rialla (təxminən 952 dollar) 19-cu rayon tutur.
Ümumilikdə 1, 2, 3, 5 və 6-cı rayonlarda mənzilin hər bir kvadrat metrinin qiyməti 100 milyon rialdan (təxminən 2380 dollar) yuxarı, 9, 10, 11, 12, 15,16, 17, 18, 19 və 20-ci rayonlarda hər bir kvadrat metrin qiyməti 30-50 milyon rial (təxminən 714-1190 dollar) olub.