Bakı. Trend:
Fransada təhlükəsizlik əməkdaşları ölkə prezidenti Emmanuel Makrona hücum planlaşdıran 6 nəfəri saxlayıblar.
Trend-in məlumatına görə, saxlanılanların radikal görüşlü şəxslər olduğu bildirilir.
Məlumata görə, xüsusi əməliyyatlar İzer, İl-Vilen və Mozel departamentlərində keçirilib.
Hazırda saxlanılan şəxslərlə bağlı araşdırma aparılır.