...

Vitse-prezident: ABŞ hərbçiləri Əfqanıstandan qaçmağa yol axtarırlar

Dünya xəbərləri Materials 26 Noyabr 2018 15:45 (UTC +04:00)
ABŞ hakimiyyəti və hərbi qüvvələri Əfqanıstandakı vəziyyəti anlamır, döyüşmək üçün stimulları yoxdur.
Vitse-prezident: ABŞ hərbçiləri Əfqanıstandan qaçmağa yol axtarırlar

Bakı. Trend:

ABŞ hakimiyyəti və hərbi qüvvələri Əfqanıstandakı vəziyyəti anlamır, döyüşmək üçün stimulları yoxdur və ölkəni tərk etmək istərdilər.

Trend-in məlumatına görə, bunu RİA Novosti-yə müsahibəsində Əfqanıstanın vitse-prezidenti Məhəmməd Mohakik deyib.

O qeyd edib: "Düşünürəm ki, beynəlxalq qüvvələrin və ABŞ-ın Əfqanıstanda döyüşmək üçün stimulları yoxdur və onlar Əfqanıstandan çıxış, qaçış yolları axtarırlar. Amerikalılar ölkədəki vəziyyəti anlamırlar".

Vitse-prezident bildirib ki, ABŞ-ın Əfqanıstandakı qoşunları diqqəti şəhərlərin müdafiəsinə cəmləyib və Prezident Donald Tramp bu yaxınlarda hərbçilərin şəhər ətraflarından və uzaq rayonlardan çıxarılmasını əmr edib:

"O anlamır ki, əgər hərbçilər şəhər ətraflarından çıxsalar, "Taliban" üzvləri sakit dayanmayacaq, şəhərlərə yaxınlaşacaqlar".

M.Mohakik həmçinin deyib ki, "Taliban" naməlum kanallarla müasir silahlar alır: "Bu silahlar bir neçə xüsusi bölməni çıxmaq şərtilə, heç Əfqanıstan ordusunda yoxdur. Onlara gizli şəkildə dəstək və kömək göstərilir. Onları kimin dəstəklədiyini bilmirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti