...

Tbilisidə yaşayış evində partlayış olub

Dünya xəbərləri Materials 2 Dekabr 2018 01:50 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tbilisidə yaşayış evində partlayış baş verib
Tbilisidə yaşayış evində partlayış olub

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış evində partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə Fövqəladə halların idarə olunması üzrə Xidmətdən bildiriblər.

Məlumata əsasən, partlayış nəticəsində 2 mərtəbəli evin divarları uçub və 2 nəfər xəsarət alıb. Partlayışda xəsarət alanların həyati təhlükəsi yoxdur.

Hadisə yerində 4 briqada yanğınsöndürən-xilasedicilər işləyir. Partlayış səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti