Bakı. Trend:
Belçikanın ən zəngin şəxsi, milyarder Albert Frer 92 yaşında vəfat edib.
Trend-in məlumatına görə, A.Frerin varidatı 5,8 milyard dollar həcmində ölçülür.
Albert Frer 1970-ci illərdə poladəritmə sahəsindəki aktivlərini dövlətə satdıqdan sonra zənginləşib.
Bunlardan başqa, A.Frer Fransanın “Total” neft şirkətində, “Burberry” geyim şirkətində və digər şirkətlərdə pay sahibi olub.