...

Türkiyə Avropaya keçmək istəyən 40 qanunsuz miqrant saxlayıb

Dünya xəbərləri Materials 12 Dekabr 2018 09:47 (UTC +04:00)
İstanbul polisi 40 qanunsuz miqrant saxlayıb.
Türkiyə Avropaya keçmək istəyən 40 qanunsuz miqrant saxlayıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbul polisi 40 qanunsuz miqrant saxlayıb. Trend-in məlumatına görə, onların Avropaya keçmək istədikləri məlum olub.

Qanunsuz miqrantlar arasında Əlcəzair, Fələstin və Liviya vətəndaşlarının olduğu deyilir. Saxlanılanlar arasında qadın və uşaqların da olduğu qeyd edilir.

Qeyd edək ki, bundan öncə Türkiyə Sahil Mühafizəsi Yunanıstanla sərhəddə 223 qanunsuz miqrantı saxlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti