...

İngilis dilində ilin sözü "ədalət" oldu

Dünya xəbərləri Materials 17 Dekabr 2018 17:14 (UTC +04:00)
ABŞ-ın “Merriam-Webster” lüğətinin mütəxəssisləri “ədalət” (justice) sözünü 2018-ci ilin sözü seçib
İngilis dilində ilin sözü "ədalət" oldu

Bakı. Trend:

ABŞ-ın “Merriam-Webster” lüğətinin mütəxəssisləri “ədalət” (justice) sözünü 2018-ci ilin sözü seçib.

Trend-in məlumatına görə, lüğətin yaydığı bəyanatda qeyd olunur ki, il ərzində saytda ən çox axtarışa verilən söz məhz ədalət sözü olub.

Buna səbəb kimi, ABŞ-da il ərzində məhkəmə orqanları ilə bağlı müzakirələrin davam etməsi göstərilib.

Qeyd edək ki, Böyük Britaniyanın Oksford lüğəti isə 2018-ci ilin sözü kimi “zəhərli” (toxic) sözünü seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti