...

Hindistanda xəstəxanada güclü yanğın nəticəsində ölən və yaralananların sayı artıb

Dünya xəbərləri Materials 18 Dekabr 2018 10:40 (UTC +04:00)
Hindistanda xəstəxanadakı güclü yanğın nəticəsində ölən və yaralananların sayı artıb.
Hindistanda xəstəxanada güclü yanğın nəticəsində ölən və yaralananların sayı artıb

Bakı. Trend:

Ötən gün Hindistanın Mumbay şəhərində dövlət xəstəxanalarından birində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 8-ə, xəsarət alanların isə 145-ə çatıb.

Trend-in məlumatına görə, ölənlər arasında 6 aylıq uşaq da olub. Yaralılardan 28-nin vəziyyəti çox ağır qiymətləndirilir.

Bundan əvvəl hadisə zamanı 6 nəfərin öldüyü, 108 nəfərin xəsarət aldığı bildirilirdi.

Yanğının dəqiq səbəbi hələ məlum olmasa da, ilkin ehtimala əsasən havalandırma sistemində qısa qapanmadan baş verdiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti