...

Belçikada təhlükəli kimyəvi istehsalatda yanğın baş verib

Dünya xəbərləri Materials 20 Dekabr 2018 08:19 (UTC +04:00)
Belçikanın Varegem şəhərində təhlükəli kimyəvi istehsalatda yanğın olub
Belçikada təhlükəli kimyəvi istehsalatda yanğın baş verib

Bakı. Trend:

Belçikanın Varegem şəhərində təhlükəli kimyəvi istehsalatda yanğın olub.

Trend-in məlumatına görə, yanğın "Matco" şirkətinin istehsalat obyektində baş verib, yerli sakinlərə pəncərələri bağlamaq tövsiyə edilib.

Varegem şəhər administrasiyasının məlumatında deyilir: "Varegem şəhərinin sənaye zonasında "Matco" şirkətinin kimyəvi müəssisəsində yanğın baş verib. Yanğınsöndürmə xidməti pəncərələri və qapıları bağlamağı, obyektdən uzaq durmağı tövsiyə edir".

Məlumata əsasən, istehsalat kompleksinin ərazisində təhlükəli maddələr saxlanılır, bu isə yanğınsöndürənlərin işini çox çətinləşdirir.

Xəbər lenti

Xəbər lenti