...

Dünya Bankı aprel ayının ortalarında yeni prezidentini seçəcək

Dünya xəbərləri Materials 11 Yanvar 2019 07:13 (UTC +04:00)
Dünya Bankı aprel ayının ortalarında yeni prezidentini seçmək niyyətindədir
Dünya Bankı aprel ayının ortalarında yeni prezidentini seçəcək

Bakı. Trend:

Dünya Bankı aprel ayının ortalarında yeni prezidentini seçmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir.

Bəyanatda deyilir: "Namizədliklər fevralın 7-dən martın 14-nə qədər təqdim edilməlidir. Yeni prezident 2019-cu ilin yaz görüşünə qədər seçiləcək".

Qeyd edək ki, Dünya Bankının yanvarın 7-si yaydığı bəyanatında hazırkı prezident Cim Yon Kimin fevralın 1-də istefaya gedəcəyi bildirilirdi.

Xəbər lenti

Xəbər lenti