...

İran İraqla vizanı ləğv edə bilər

Dünya xəbərləri Materials 17 Yanvar 2019 20:44 (UTC +04:00)
İran İraqla vizanı ləğv edə bilər
İran İraqla vizanı ləğv edə bilər

Bakı. Elnur Bağışov - Trend:

İraq tərəfi razılıq verərsə, İran və İraq arasında iş adamlarının vizası qarşılıqlı şəkildə ləğv edilə bilər.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın İraqın Kərbəla şəhərindəki konsulluğunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, 5 il öncə iki ölkə arasında viza rejiminin tam və qarşılıqlı şəkildə ləğv edilməsi İraqa təklif olunmuşdu. Lakin İraq tərəfi hələlik bununla razılaşmayıb.

Zərif deyib ki, razılıq olarsa, İran Prezidentinin mart ayında Bağdada səfərində anlaşmanı imzalamaq olar: "İran tərəfi viza rejiminin ləğvinə tam hazırdır. Lakin bu, birtərəfli qaydada mümkün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti