Bakı. Trend:
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) təhsil, mədəniyyət, idman, elm və texnologiyalar nazirlikləri ilə birgə "Epsilon" raket daşıyıcısının fəzaya buraxılmasını uğurla həyata keçirib.
Trend-in məlumatına görə, raketin buraxılması barədə xəbəri JAXA yayıb. Bildirilir ki, raket ölkənin cənub-qərbində yerləşən Utinour kosmodromundan buraxılıb.
Qeyd edək ki, bu tip raketlər sırasında, "Epsilon" Yaponiyanın fəzaya buraxdığı sayca 4-cü raketdiir.