...

Prezident Administrasiyası: ABŞ-ın hərəkətləri Türkiyəni bərk narahat edir

Dünya xəbərləri Materials 1 Fevral 2019 17:56 (UTC +04:00)
Son illər ABŞ-ın regionda fəaliyyəti Türkiyəni bərk narahat edir
Prezident Administrasiyası: ABŞ-ın hərəkətləri Türkiyəni bərk narahat edir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Son illər ABŞ-ın regionda fəaliyyəti Türkiyəni bərk narahat edir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

F.Altunun sözlərinə görə, ABŞ PKK-nın Suriyadakı qolu PYD/YPG-ni fəal dəstəkləyir və bu Ankara ilə Vaşinqton arasında müttəfiqlik ruhuna uyğun deyil:

“Vaşinqtonun bu cür hərəkətləri ciddi problemlərə gətirib çıxarıb”.

O bildirib ki, Türkiyənin tərəfdaşlıq baxımından alternativləri çoxdur və ABŞ bunu başa düşməlidir.

F.Altun əlavə edib ki, Türkiyənin məqsədi Suriyanın şimalını terrorçulardan təmizləmək, bu regionda təhlükəsizlik zonasını yaratmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti