...

Terrorçular Suriyada yaşayış məntəqəsini atəşə tutub, ölənlər var

Dünya xəbərləri Materials 19 Fevral 2019 05:43 (UTC +04:00)
Terrorçular Suriyanın Hama əyalətində Şayzar kəndini minaatanlardan atəşə tutublar
Terrorçular Suriyada yaşayış məntəqəsini atəşə tutub, ölənlər var

Bakı. Trend:

Terrorçular Suriyanın Hama əyalətində Şayzar kəndini minaatanlardan atəşə tutublar.

Trend-in Suriyanın dövlət televiziyasına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 dinc sakin həlak olub, bir neçə nəfər isə yaralanıb.

Telekanalın məlumatında deyilir: "Terror qruplaşmalarının minaatanlardan Hama əyalətinin şimalında Şayzar kəndi atəşə tutması nəticəsində iki sakini həlak olub, bir neçə nəfər isə yaralanıb".

Daha əvvəl telekanal terrorçuların Sklabiya şəhərini atəşə tutması nəticəsində 2 nəfər yaralandığını bildirirdi.

Xəbər lenti

Xəbər lenti