...

Nazir: Türkiyə Rusiyadan S-400 komplekslərini almaqdan imtina etməyəcək

Dünya xəbərləri Materials 20 Fevral 2019 19:15 (UTC +04:00)
Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək
Nazir: Türkiyə Rusiyadan S-400 komplekslərini almaqdan imtina etməyəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Demir deyib.

İ.Demirin sözlərinə görə, Türkiyə kompleksləri bu ilin iyulunda alacaq.

Nazir bildirib ki, 2019-cu ilin oktyabrınadək sistem Türkiyədə quraşdırılacaq.

ABŞ-ın “Patriot” zenit-raket komplekslərinin alınması barədə danışan nazir qeyd edib ki, hazırda Ankara ilə Vaşinqton arasında danışıqlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti