Bakı. Trend:
Ankara və Vaşinqton ABŞ-ın "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyə tərəfindən alınması barədə danışıqlara başlayıblar.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib: "Amerikalılar bizim təxminən 2 il öncə "Patriot" məsələsi ilə bağlı göndərdiyimiz son məktuba müsbət reaksiya veriblər və danışıqlar başlayıb".