Bakı. Trend:
Donald Trampın administrasiyasından heç kəs Şimali Koreyanın mərhələli denuklerizasiyasını dəstəkləmir, yalnız tam denuklerizasiyanı gözləyir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi deyib.
Departament nümayəndəsi bildirib: "Administrasiyada heç kəs mərhələli yanaşmanı dəstəkləmir. Bütün hallarda gözləntilər digər addımlar üçün şərt kimi Şimali Koreyanın tam denuklerizasiyasına gətirilir”.