Bakı. Trend:
Əlcəzair prezidenti Əbdüləziz Buteflika beşinci müddət üçün prezident seçkilərində namizədliyini irəli sürməyəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumaat görə, bu barədə Ə.Buteflikanın bəyanatında deyilir.
Bundan əlavə Ə.Buteflika bildirib ki, aprelin 18-nə təyin edilmiş prezident seçkilərin vaxtı dəyişdirilir.
Qeyd edək ki, hakim koalisiya tərəfindən fevral ayında Ə.Buteflikanın beşinci müddət üçün namizədliyinin irəli sürülməsi ölkədə genişmiqyaslı etiraz aksiyalarına səbəb olub.