...

Türkiyə Boeing 737 MAX 8 və Boeing 737 MAX təyyarələrinin uçuşlarını dayandırıb

Dünya xəbərləri Materials 12 Mart 2019 20:35 (UTC +04:00)
Efiopiyada Boeing 737 MAX 8 avialaynerində baş vermiş qəzadan sonra Türkiyə Boeing 737 MAX 8 və Boeing 737 MAX təyyarələrinin uçuşlarını dayandırıb.
Türkiyə Boeing 737 MAX 8 və Boeing 737 MAX təyyarələrinin uçuşlarını dayandırıb

Bakı. Trend:

Efiopiyada Boeing 737 MAX 8 avialaynerində baş vermiş qəzadan sonra Türkiyə Boeing 737 MAX 8 və Boeing 737 MAX təyyarələrinin uçuşlarını dayandırıb.

Bu barədə Trend-ə Türkiyənin nəqliyyat və infrastruktur nazirliyindən bildiriblər.

Nazirlikdən deyilib ki, uçuşlar təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Türkiyə ilə yanaşı Almaniya, Avstraliya, Sinqapur, Malayziya, Oman, Çin, Cənubi Koreya, Hindistan və digər ölkələrə məxsus ümumilikdə 26 aviaşirkət bu təyyarələrlə uçuşu dayandırıb.

Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines" şirkətinə məxsus "Boeing 737" hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu faciədən sonra Efiopiya "Boeing 737" təyyarələrinin istismarını dayandırıb.

2018-ci ilin oktyabrında isə İndoneziyanın "Lion Air" aviaşirkətinə məxsus Boeing 737 MAX 8 təyyarəsinin qəzaya uğraması nəticəsində 189 ölmüşdü. Qəzaya düşən təyyarədə bir neçə texniki nasazlıq aşkarlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti