...

KXDR ABŞ ilə denuklearizasiya üzrə danışıqları dayandırmaq niyyətindədir

Dünya xəbərləri Materials 15 Mart 2019 08:47 (UTC +04:00)
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ ilə denuklearizasiya üzrə danışıqları dayandıqmaq niyyətindədir
KXDR ABŞ ilə denuklearizasiya üzrə danışıqları dayandırmaq niyyətindədir

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ ilə denuklearizasiya üzrə danışıqları dayandıqmaq niyyətindədir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Pxenyanda mətbuat konfransı zamanı KXDR-nın xairici işlər nazirinin müavini Tsoy Son Xi bildirib.

S.Xi deyib: "ABŞ-ın tələblərində heç bir formada güzəştə getmək fikrimiz, bu cür formada danışıqlar aparmağa niyyətimiz yoxdur".

Onun sözlərinə görə, xalq respublikasının lideri Kim Çen In Hanoedə uğursuz nəticələnən sammitdən sonra KXDR-nın gələcək addımları haqqında qərarını bildirmək üçün yaxın zamanda rəsmi müraciətlə çıxış etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti