Bakı. Elnur Bağışov - Trend:
İranın şimalında yerləşən Mazandaran vilayətinin Sari şəhərinin Meləl (Xalqlar) parkı Təcən çayının daşması nəticəsində su altında qalıb.
Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti Sari rayonu meri Mehdi Oburi deyib.
M.Oburi parkın kənarında su altında avtomobillərin qaldığını və onların çıxarılması üçün əməliyyatların aparıldığını bildirib.
Merin sözlərinə görə, daşqınlar nəticəsində şəhərin infrastrukturuna ciddi şəkildə ziyan dəyib.
Təcən çayının kənarında, 35 hektar ərazidə yerləşən park bütün ölkələrin bayraqlarının sancıldığına görə Meləl parkı adlanır.