...

Cimmi Karter ABŞ-ın ən çox yaşayan sabiq prezidentidir

Dünya xəbərləri Materials 22 Mart 2019 05:37 (UTC +04:00)
1977-1981-ci illər ərzində ABŞ prezidenti vəzifəsində çalışan Cimmi Karter rekorda imza atıb.
Cimmi Karter ABŞ-ın ən çox yaşayan sabiq prezidentidir

Bakı. Trend:

1977-1981-ci illər ərzində ABŞ prezidenti vəzifəsində çalışan Cimmi Karter rekorda imza atıb.

Trend-in məlumatına görə, Karterin hal-hazırda 94 yaşı və 173 günü var. Beləliklə, o yaşına görə böyük Corc Buşu keçib və rekordu təzələyib.

Qeyd edək ki, ABŞ bir neçə prezidenti 90 yaşdan çox yaşayıb. Onların arasında böyük Buş və Karterdən başqa ölkənin ikinci prezidenti Con Adams, 38-ci lideri Cerald Ford və 40-cı prezidenti Ronald Reyqan da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti