Bakı. Trend:
Almaniyanın xarici işlər naziri Hayko Maas Suriyanın Əl-Baquz şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsini alqışlayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər nazirliyinin mətbuat xidmətindən bildiriblər.
H.Maas deyib: "Vacib addım atılıb. Bu uğura baxmayaraq, İŞİD əhəmiyyətli dərəcədə təhlükə doğurmağa davam edir".
Nazir vurğulayıb ki, nifrətə və terrora qarşı mübarizəni davam etdirmək lazımdır.