Bakı. Trend:
Malinin Bankas şəhəri yaxınlığında naməlum silahlı şəxslər "fulani" xalqının 110 çobanını öldürüblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə şəhərin meri Mulay Quindo bildirib.
Onun sözlərinə görə, "donzo" ovçuları kimi geyinən naməlum şəxslər Oqassaqu və Velinqara yaşayış məntəqələrinə hücum ediblər: "Ossaqu yaşayış məntəqəsi tam məhv edilib".