...

İranın bu vilayətində 300 körpü dağıldı

Dünya xəbərləri Materials 28 Mart 2019 17:17 (UTC +04:00)
İranın qərbində Kirmanşah vilayətində sel və daşqınlar nəticəsində kəndlərarası 300 körpü dağılıb.
İranın bu vilayətində 300 körpü dağıldı

Bakı. Elnur Bağışov - Trend:

İranın qərbində Kirmanşah vilayətində sel və daşqınlar nəticəsində kəndlərarası 300 körpü dağılıb.

Trend-in məlumatına görə, bunu İranın Kirmanşah vilayəti yol və yol nəqliyyatı idarəsinin baş direktoru Fəriborz Kərəmi deyib.

F.Kərəminin sözlərinə görə, körpülərin dağılması vilayətə 1,8 trilyon rial (təxminən 42,8 milyon dollar) ziyan vurub.

Direktor əlavə edib ki, Kirmanşah vilayətinin yol idarəsinin bütün avadanlıqları və əməkdaşları ehtimal olunan təhlükələrlə bağlı tam hazır vəziyyətdədirlər.

Qeyd edək ki, İranın Tibbi Ekspertiza Təşkilatının bildirdiyinə görə, indiyədək sel və daşqınlar nəticəsində 40 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti