...

ABŞ-da təyyarə qüş sürüsü ilə toqquşduğundan hava limanına qayıdıb

Dünya xəbərləri Materials 1 Aprel 2019 04:13 (UTC +04:00)
ABŞ-da "American Airlines" aviaşitkərinin təyyarəsi havaya qalxdıqdan sonra yenidən hava limanına qayıdıb.
ABŞ-da təyyarə qüş sürüsü ilə toqquşduğundan hava limanına qayıdıb

Bakı. Trend:

ABŞ-da "American Airlines" aviaşitkərinin təyyarəsi havaya qalxdıqdan sonra yenidən hava limanına qayıdıb.

Trend-in məlumatına görə, Bostonda aeroportundan havaya qalxan təyyarə quş sürüsü ilə toqquşub və geri qayıdıb.

"Embraer 190" təyyarəsi Nyu-York şəhərinə yollanmışdı, göyərtəsində 99 sərnişin və 4 ekipaj üzvü olub.

Pilotun verdiyi məlumata əsasən, quşlardan təyyarənin mühərrikinə düşəni olmayıb, lakin kabinin şüşəsində qan izləri olub.

Sərnişinlərin digər reyslə Nyu-Yorka göndəriləcəkləri gözlənilir.

Xəbər lenti

Xəbər lenti