...

Dünyanın ən dərin hovuzu Polşada tikilir

Dünya xəbərləri Materials 4 Aprel 2019 14:19 (UTC +04:00)
Polşada ilin sonuna qədər 45 metr dərinlikdə hovuz istifadəyə verilə bilər.
Dünyanın ən dərin hovuzu Polşada tikilir

Bakı. Trend:

Polşada ilin sonuna qədər 45 metr dərinlikdə hovuz istifadəyə verilə bilər.

Trend-in məlumatına görə, "Deepspot" adlı hovuz Varşavadan 50 km məsafədə, Mşonuv şəhərində inşa edilir.

Hovuz 8 min kubmetr su (25 metr dərinliyi olan hovuzlardan 27 dəfə çox) tutacaq.

Sututardan həm həvəskar, həm də peşəkar üzgüçülər istifadə edə biləcək. Bundan başqa, sualtı tunel yaradılacaq ki, tamaşaçılar dalğıcları müşahidə edə bilsin.

"Deepspot" açılışdan sonra Venesiya yaxınlığında, Monteqrotto-Terme kommunasındakı "Y-40 Deep Joy" (40 metr) hovuzunu geridə qoyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti