Bakı. Trend:
ABŞ Venesuela üzrə sanksiyalar siyahısına 4 şirkət və 9 tanker daxil edib.
Trend-in "RİA Novosti"yə istinadə verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Sanksiyalar siyahısına 3 Liberiya və 1 İtaliya şirkəti daxil edilib. Siyahıya daxil edilən tankerlər Malta, İtaliya, Yunanıstan və Panama bayraqları altında üzürlər.