...

Nepalda təyyarə helikopterlərlə toqquşub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 14 Aprel 2019 10:12 (UTC +04:00)
Nepalın Lukla şəhərinin hava limanında yüngülmühərrikli təyyarə iki helikopterlə toqquşub
Nepalda təyyarə helikopterlərlə toqquşub, ölənlər və yaralananlar var

Bakı. Trend:

Nepalın Lukla şəhərinin hava limanında yüngülmühərrikli təyyarə iki helikopterlə toqquşub.

Trend-in məlumatına görə, uçuşa hazırlaşan yüngülmühərrikli təyyarənin pilotu idarəetməni itirib və uçuş-eniş zolağının kənarında duran iki helikopterə çırpılıb.

Qeyd edilir ki, insident nəticəsində təyyarənin pilotlarından biri və helikopterlərin yaxınlığında olan texniki inspektor həlak olublar, 3 nəfər isə xəsarət alıb.

Təyyarədə sərnişinlərin olmadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti