...

Texas və Missisipidə tornado 4 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 14 Aprel 2019 20:27 (UTC +04:00)
ABŞ-ın Texas və Missisipi ştatlarında 13 tornado baş verib
Texas və Missisipidə tornado 4 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

ABŞ-ın Texas və Missisipi ştatlarında 13 tornado baş verib.

Trend-in "ABC" telekanalına istinadən verdiyi məlumata görə, Missisipi ştatının Monro dairəsində tornado nəticəsində 2 nəfər həlak olub.

Bundan əlavə Texasın Franklin şəhərində tornadoi 2 nəfərin ölümünə, təxminən 10 nəfərin isə xəsarət almasına səbəb olub. Alto şəhərində 25 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Texas, Missisipi, Missuri, Alabama və Luizianna ştatlarında 150 mindən artıq ev və müəssisə elektrik enerjisiz qalıb.

Xəbər lenti

Xəbər lenti