...

Hindistanda ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 21 Aprel 2019 16:39 (UTC +04:00)
Hindistanın Uttar-Pradeş ştatında avtobus ilə yük maşını toqquşub
Hindistanda ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Bakı. Trend:

Hindistanın Uttar-Pradeş ştatında avtobus ilə yük maşını toqquşub.

Trend-in "NDTV" telekanalına istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində azı 7 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Bildirilir ki, qəza Aqra-Lakxnau avtomobil yolunda Varanasidən Nyu-Deliyə gedən avtobusun ötmə manevri zamanı qarşı zolağa çıxması nəticəsində baş verib.

Məlumata əsasən, ölənlər arasında avtobusun sürücüsü də var, xəsarət alanlar xəstəxanalara çatıdırılıb.

Xəbər lenti

Xəbər lenti