Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti seçkilərində lider olan Vladimir Zelenskiyə zəng edib.
Trend-in məlumatına görə, Tramp Zelenskini qələbə münasibəti ilə təbrik edib.
Qeyd edək ki, Vladimir Zelenski protokolların 15,78%-nin emalından sonra 73,01% səslə liderdir, Petro Poroşenko isə 24,65% səs toplayıb.