...

Hindistanda güclü zəlzələ olub

Dünya xəbərləri Materials 24 Aprel 2019 01:36 (UTC +04:00)
Hindistanın Arunaçal-Pradeş regionunda 5,9 bal gücündə zəlzələ olub.
Hindistanda güclü zəlzələ olub

Bakı. Trend:

Hindistanın Arunaçal-Pradeş regionunda 5,9 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, zəlzələ UTC vaxtı ilə 20:15-də qeydə alınıb. Zəlzələnin episentri Aloq şəhərindən 41 kilometr şimal-qərbdə və İtanaqardan 175 kilometr şimal-şərqdə yerləşib.

Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti