...

İranda 2 ton narkotik aşkarlandı - 4 qaçaqmalçı öldürüldü

Dünya xəbərləri Materials 9 May 2019 14:55 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunda 2,17 ton narkotik maddə aşkarlanıb.

Trend-in məlumatına görə, vilayətinin hüquq-mühafizə orqanının rəis əvəzi Əhməd Tahiri deyib ki, narkotik qaçaqmalçıları ilə təxminən bir saat baş verən silahlı insidentdə, 4 qaçaqmalçı öldürülüb, 2 nəfər saxlanılıb.

Polis 1,98 ton tiryək, 11,5 kq heroin, 3,2 kq həşiş, 167 kq başqa narkotik maddələr aşkarlayıb.

Hadisə yerindən 6 ədəd Kalaşnikov avtomatı, 14 ədəd daraq, 2 ədəd tapança götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti