...

Yaponiyada uşaq bağçaları pulsuz olacaq

Dünya xəbərləri Materials 10 May 2019 14:15 (UTC +04:00)
Yaponiyada pulsuz uşaq bağçaları fəaliyyətə başlayacaq
Yaponiyada uşaq bağçaları pulsuz olacaq

Bakı. Trend:

Yaponiyada pulsuz uşaq bağçaları fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bununla bağlı Yaponiya parlamentinin yuxarı palatası müvafiq qanun qəbul edib.

Yeni qanuna əsasən, Yaponiyada 3-5 yaşlı bütün uşaqlar üçün bağçalar ödənişsiz olacaq.

Qanun bu ilin oktyabrında qüvvəyə minəcək.

Bundan başqa, azgəlirli ailələrdən uşaqlar üçün ali məktəblərdə təhsilin pulsuz olması barədə qanun da parlament tərəfindən təsdiq edilib. Bu qanun 2020-ci ilin aprelində qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti