...

Çin ABŞ ilə ticarət danışıqlarını konstruktiv adlandırıb

Dünya xəbərləri Materials 11 May 2019 04:29 (UTC +04:00)
Çin və ABŞ arasında səmimi və konstruktiv ticarət danışıqları baş tutub
Çin ABŞ ilə ticarət danışıqlarını konstruktiv adlandırıb

Bakı. Trend:

Çin və ABŞ arasında səmimi və konstruktiv ticarət danışıqları baş tutub.

Trend-in məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyasına müsahibəsi zamanı ABŞ ilə ticarət danışıqlarında Çinin nümayəndə heyətinə rəhbərlik edən baş nazirin müavini Lyu Xe bildirib.

L.Xe deyib: "Tərəflər açıq, konstruktiv danışıqlar apardı. Hər iki tərəf hesab edir ki, bu yaxşı tendensiyanı dəstəkləmək lazımdır. Tərəflər gələcəkdə Pekində görüşmək və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər".

Qeyd edək ki, Çin və ABŞ arasında ticarət danışıqlarının növbəti 11-ci raundu 9-10 may tarixlərində Vaşinqtonda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti