Bakı. Trend:
"Microsoft"şirkəti Çinin telekommunikasiya şirkəti "Huawei" ilə istehlakçı elektronika və b2b həlləri seqmentlərində əməkdaşlığı dayandıra bilər.
Trend-in məlumatına görə, mayın 20-də Amerika Korporasiyası "Huawei" ilə əməkdaşlığın dayandırılması barədə müxtəlif ölkələrdə, o cümlədən Rusiyadakı nümayəndəliklərinə məktublar göndərib.
Qeyd edilir ki, "Huawei" istehlakçı seqmentində noutbuklarda Microsoft-un Windows əməliyyat sistemindən, b2b-də Amerika korporasiyasının server və məlumatların saxlanılmasının həllərində softundan, eləcə də Huawei Cloud xidmətindən istifadə edir.