...

Avstriya prezidenti keçid hökumətinin tərkibini təsdiq edib

Dünya xəbərləri Materials 3 İyun 2019 00:50 (UTC +04:00)
Avstriyanın Federal prezidenti Aleksander Van der Bellen ölkənin keçid hökumətinin tərkibinə dair təklifi qəbul edib
Avstriya prezidenti keçid hökumətinin tərkibini təsdiq edib

Bakı. Trend:

Avstriyanın Federal prezidenti Aleksander Van der Bellen ölkənin keçid hökumətinin tərkibinə dair təklifi qəbul edib.

Trend-in məlumatına görə, bunu Avstriyanın müvəqqəti kansleri Briqitte Birlyayn deyib.

Qeyd edək ki, Avstriyanın prezidenti, Sebastian Kurtsun başçılıq etdiyi ölkə hökumətini vəzifədən azad edib. Mayın 30-da Aleksander Van der Bellen B.Birlyaynı müvəqqəti kansler vəzifəsinə təyin edib.

Məlumata əsasən, iyunun 3-də keçid hökumətinin and içməsi keçiriləcək. Həmin hökumət vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə qədər ölkəyə rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti