...

Tsipras Yunanıstanda parlament seçkilərinin tarixini təsdiqləyib

Dünya xəbərləri Materials 5 İyun 2019 07:03 (UTC +04:00)
Yunanıstan Baş naziri Aleksis Tsipras iyunun 10-da Yunanıstan prezidenti Prokop Pavlopulosdan parlamenti ləğv etməsinin və 7 İyulda vaxtından əvvəl seçkilərin keçirilməsinin xahiş edəcəyini təsdiq edib
Tsipras Yunanıstanda parlament seçkilərinin tarixini təsdiqləyib

Bakı. Trend:

Yunanıstan Baş naziri Aleksis Tsipras iyunun 10-da Yunanıstan prezidenti Prokop Pavlopulosdan parlamenti ləğv etməsini və 7 İyulda vaxtından əvvəl seçkilərin keçirilməsini xahiş edəcəyini təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə Yunanıstan baş naziri "ERT" televiziyasında müsahibəsində bildirib.

A.Tsipras deyib ki, ölkənin hakim partiyası "SİRİZA", "Yeni demokratiya" müxalifət partiyasına məğlub olduğu Avropa Parlament seçkilərindən sonra demokratiya prinsipləri vaxtından əvvəl seçkilərin keçirilməsini tələb edir.

A.Tripras qeyd edib ki, seçkilər iyunun 7-də keçiriləcək:

"Mən, iyunun 10-da Yunanıstan Prezidenti ilə görüşüb parlamentin ləğvi və vaxtından əvvəl seçkilərin təyin edilməsini xahiş edəcəm".

Baş nazir əlavə edib ki, o istefaya getmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti