...

İraqda terror aktını qarşısı alınıb

Dünya xəbərləri Materials 6 İyun 2019 05:18 (UTC +04:00)
İraqın Anbar əyalətində Ramazan bayramı zamanı terror aktının qarşısı alınıb
İraqda terror aktını qarşısı alınıb

Bakı. Trend:

İraqın Anbar əyalətində Ramazan bayramı zamanı terror aktının qarşısı alınıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İraqın Müdafiə Nazirliyinin "Facebook" səhifəsində deyilir.

Məlumat bildirilir: "Dəqiq məlumat əsasında, gözlənilməzlik elementi və icra sürəti əsasında xüsusi əməliyyat zamanı 7-ci Hərbi Kəşfiyyat İdarəsinin dəstələri bölmə komandirinin müavinin və 29-cu diviziya və batalyonun kəşfiyyatının iştirakı və beynəlxalq koalisiya ilə qarşılıqlı fəaliyyət nəticəsində Anbar əyalətinin Əl-Bağdadi rayonunda Ramazan bayramı zamanı dinc sakinlərə qarşı yönəldilmiş böyük terror aktının qarşısı alınıb".

Qeyd edilir ki, xüsusi əməliyyat zamanı üzərlərində partlayıcı qurğu olan 7 terrorçu məhv edilib. Bildirilir ki, terrorçuların üzərində həmçinin müxtəlif silahlar da olub.

Xəbər lenti

Xəbər lenti