...

Tramp və Abe KXDR-nın denuklearizasiyasını müzakirə edəcəklər

Dünya xəbərləri Materials 11 İyun 2019 04:26 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp G20 sammiti çərçivəsində Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşəcək
Tramp və Abe KXDR-nın denuklearizasiyasını müzakirə edəcəklər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp G20 sammiti çərçivəsində Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumaat görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus deyib.

M.Ortaqus bildirib: "Görüş zamanı Koreya Xalq Demokratik Respublikasının denuklearizasiyası və Koreya Respublikası ilə üçtərəfli əməkdaşlıq müzakirə ediləcək".

Rəsmi nümayəndə xatırladıb ki, G20 sammitindən sonra D.Tramp Seula yollanacaq və orada da Koreya yarımadasının denuklearizasiyasını müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti