...

Dövlət Departamenti Sudan üzrə xüsusi nümayəndə təyin edilib

Dünya xəbərləri Materials 13 İyun 2019 03:21 (UTC +04:00)
Donald But ABŞ-ın Sudan üzrə xüsusi nümayəndəsi təyin edilib
Dövlət Departamenti Sudan üzrə xüsusi nümayəndə təyin edilib

Bakı. Trend:

Donald But ABŞ-ın Sudan üzrə xüsusi nümayəndəsi təyin edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus deyin.

M.Ortaqus bildirib: "Donald Butun Sudan üzrə xüsusi nümayəndə təyin edilməsini sizə bildirməkdən şadam".

Rəsmi nümayəndə qeyd edib ki, 2013-2017-ci illərdə Sudan və Cənubi Sudan üzrə xüsusi nümayəndə vəzifəsində çalışan D.But hazırda Sudandadır və bu ölkədə vəziyyətin müzakirəsində iştirak edir.

Onun sözlərinə görə, D.Butun təyinatı "vurğulayır ki, ABŞ Sudanda böhranın sülh yolu ilə həll edilməsi üçün səylərin tərəfdarıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti