Bakı. Trend:
Argentina və Uruqvay elektrik enerjisiz qalıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Argentinanın elektrik enerjisi distribütoru "Edesur" şirkətinin "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "Enerji təchizatı sistemində irimiqyaslı nasazlıq Argentina və Uruqvayı elektrik enerjisiz qoyub. Əlavə məlumat veriləcək".
Qeyd edək ki, Argentina artıq 1 saatdır ki elektrik enerjisiz qalıb.